3 il eşq yaşayan və iki həftə öncə ayrılan Türkiyənin məşhur cütlüyü Büşra Develi ilə Burak Dəniz yenidən bir araya gəlib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük dostları ilə birlikdə restoranların birində görüşüb və barışmaq üçün bir-birinə şərt qoyub. Onalrın gərgin olması gözdən qaçmayıb.
Bir müddət sonra Büşra motosiklet , Dəniz taksi ilə məkandan ayrılıb.
Qeyd edək ki, cütlük xəyanət və qısqanclığa görə ayrılıb.
Burak Dəniz tamaşaçılara “İstanbullu gəlin” serialından tanışdır.