Загрузка...

Cənubi Koreya millisi DÇ-2018 çərçivəsində Almaniya yığması üzərində tarixi qələbə qazansa belə, komandanın mundialla erkən vidalaşması vətənlərində birmənalı qarşılanmayıb.

Oxu.Az ESPN-ə istinadən xəbər verir ki, milli komandanın üzvləri geri dönən kimi “İnçxon” beynəlxalq hava limanında jurnalistlərin qarşısına çıxıb.

Yanıqlı azarkeşlərdən biri komanda üzvlərini yumurta atəşinə tutub.

Xatırladaq ki, oxşar atmosfer Cənubi Koreyanın DÇ-2014-dəki çıxışından sonra da yaşanmışdı. Həmin vaxt aeroportda, qrup oyunlarında cəmi bir xal toplayan koreyalı futbolçuların üzərinə konfetlər atılmışdı.

Konfet atılması Koreya adət-ənənələrinə ən böyük təhqirlərdən sayılır.