Загрузка...

“Walt Disney Imagineering” şirkətinin mühəndisləri mürəkkəb akrobatik tullanışları yerinə yetirə bilən insanabənzər robot hazırlayıb.

Oxu.Az xəbər verir ki, “Stuntronics” layihəsi çərçivəsində hazırlanmış üçüncü nəsil robotlar  müxtəlif tryuklar həyata keçirir.

İlk əvvəl mühəndislər eksperimentlərdə inyersal bloku və lazer məsafəölçəni olan dəmir tirdən istifadə edib. Daha sonra üç seqmentdən ibarət mürəkkəb robot ərsəyə gətirib. Ən sonda isə əlləri və ayaqları olan robotun sınaqlarına başlayıb.

Demonstrativ xarakterli videoçarx “YouTube” portalında yayılıb.

Gələcəkdə bu robotlardan film çəkilişlərində mürəkkəb tryukların yerinə yetirilməsi zamanı kaskadyor qismində və ya ümumiyyətlə əyləncə məqsədi ilə istifadə olunacağı bildirilir.