Загрузка...

Tarixdə ilk dəfə olaraq Saturnun peyki olan Enseladda mürəkkəb üzvi molekullar aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Nature” jurnalının 27 iyun buraxılışında məqalə dərc olunub.

Tapıntının təsfilatlı şəkildə araşdırılması və Enselad kimi buzlaq aylarda həyatın mövcudluğu ehtimallarının müəyyən edilməsi məqsədilə ən yaxın zamanda planetin təbii peykinə kosmik aparat göndəriləcək.

Saturnun böyüklüyünə görə altıncı ayının diametri cəmi 505 kilometrdir.

Buna qədər alimlər Enselad şleyflərində yalnız beş atoma qədər böyüklükdə olan üzvi karbon birləşmələri tapa bilmişdi. Hazırda isə onlar azı 15 karbon atomundan ibarət üzvi molekulllar aşkarlaya bilib.

Tədqiqatın müəllifi – Qeydelberq universitetinin alimi Frank Postberqin dediyinə görə, “su dünyasında” (Enselad) mürəkkəb orqanika ilk dəfədir ki, müşahidə olunur.

Üzvi maddələr qaynar, sərt və fraqmentləşmiş Enselad nüvəsində aşkarlanıb.

Üzvi maddələr qaynar su ilə birgə məsamələrdən nüvəyə daxil olur, daha sonra hidrotermal boğazlardan soyuq okeana sovurulur. Bir müddət sonra həmin maddələr qaz köpüklərininin içində okeanın üzərinə qalxa bilir.

 

Saturnun peykində həyat izi aşkarlandı - FOTO

Saturnun peykində həyat izi aşkarlandı - FOTO