Загрузка...

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparat rəhbərinin müavinləri və şöbə müdirləri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata əsasən, nazir Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, Vasif Eyvazzadə nazirliyin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri təyin edilib.

Aparat rəhbərinin müavini – Hüquq və daxili təhlil şöbəsinin müdiri vəzifəsi Namiq Qulamova həvalə olunub.