Bir müddət əvvəl Damlanın ifasına şəklini cıraraq etiraz edən Elza Seyidcahan daha bir müğənninin ifasına sərt reaksiya verib.
BAKU.WS xəbər verir ki, ARB-nin “Səhər-səhər” verilişinin qonağı olan əməkdar artist Cəmalə adlı gənc müğənninin ifa etdiyi mahnını zibil qutusuna layiq görüb:
“Bu əsl cırılmalı mahnıdır. Cırılıb atılmalı bəstədir. Mən belə mahnını cırıb zibil qutusuna atıram. Ümumiyyətlə, bu mahnı zibil qutusuna atılmalıdır”.