Загрузка...

Dünya çempionatının futbol həyəcanı Avropa İttifaqının Brüsseldə keçən sammitinə də sirayət edib.

Oxu.Az “Ren TV”yə istinadən xəbər verir ki, toplantının keçirildiyi zala gözlənilmədən Belçika millisinin azarkeşləri daxil olub.

Belçika komandasının şarflarında olan azarkeşlərin Avropa Komissiyasının sədri Jan-Klod Yunker, İrlandiya baş naziri və Niderlandın baş naziri olduğu məlum olub.

İngiltərəyə qarşı matç ərəfəsində onlar Britaniya baş naziri Tereza Meyə rəqib komandanın futbolkasını hədiyyə edib.