Oğlunu itirən əməkdar artist Zöhrə Abdullayeva bir daha oxumayacaq.
BAKU.WS-in məlumatına görə, oğlu dünyasını dəyişən günü həyatına nöqtə qoyduğunu bəyan edən ifaçı səhnəyə qayıtmayacaq.
Zöhrə xanımın yaxınlarının sözlərinə görə, o, bir daha əlinə mikrafon alaraq səhnəyə çıxmayacaq.
Sənət yoldaşları həmkarlarının bu qərarını anlayışla qarşılasalar da, sevənlərini Allahın ona verdiyi bu səsdən məhrum etməyə haqqı olmadığını deyirlər.