Загрузка...

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Cənubi Koreyaya qarşı keçirilən matçda komandanın 0:2 hesabı ilə məğlub olmasına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bu nəticəyə əsasən Almaniya millisi dünya çempionatları tarixində ilk dəfə olaraq qrupda qalıb.

“Əlbəttə ki, 1/8 finala çıxa bilmədiyimizə çox məyusuq. Rəqib komandanı təbrik edirik.

Yenidən dünya çempionu olmağa layiq deyildik, heç pley-off-a düşməyə belə layiq deyildik”, – deyə 58 yaşlı mütəxəssis bildirib.

Löv qeyd edib ki, yetirmələri real qol anlarından soyuqqanlı şəkildə yararlana bilməyib.