Bakının Nərimanov rayonunda bir nəfər döyülüb.
“Report” xəbər verir ki, Təbriz küçəsində yerləşən “Sevgilim” kafesində ofisiant işləyən 1990-ci il təvəllüdlü Quliyev Cabir Sabir oğlunun müştərilə sözləri uyğun gəlməyib.
Masa arxasında əyləşən müştərilərdən biri ona öz iradını bildirib. C.Quliyev üzr istəsə də, öeyri olmayıb və o, döyülüb. Yaralı ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.