Dünya çempionatında 1/8 final mərhələsinin daha 2 cütlüyü müəyyənləşib.
Qol.az-ın məlumatına görə, C qrupunun qalibi Fransa 1/8 finalda D qrupunun ikincisi Argentina ilə üz-üzə gələcək. Samarada keçiriləcək bu görüşü erkən final da adlandırmaq mümkündür. Qarşılaşma iyunun 30-da keçiriləcək. Fransa – Argentina qarşıdurmasında sevinən tərəf 1/4 finalda ya Uruqvay, ya da Portuqaliya ilə görüşəcək.
D qrupunun qalibi Xorvatiya isə 1/4 finala adlamaq üçün C qrupunun ikincisi olan Danimarka ilə qarşılaşacaq. Bu matç iyulun 1-də Sankt-Peterburqda baş tutacaq. Sınaqdan üzüağ çıxan tərəf 1/4 finalda İspaniya – Rusiya cütünün qalibi ilə üz-üzə gələcək.
Dünya çempionatı
1/8 final mərhələsi
30 iyun
Uruqvay – Portuqaliya (Soçi)
Fransa – Argentina (Kazan)