Загрузка...

Müğənni və, ABŞ prezidenti Donald Trampın eyni adlı oğlu ilə rusiyalı bir vəkil arasında Hillari Klinton haqqında ifşaedici materialın yayılması üçün görüşə vasitəçilik etdiyi deyilən, Azərbaycan əsilli milyarder Araz Ağalarovun oğlu Emin Ağalarov yeni musiq klipini təqdim edib.

Klipdə iştirak edən aktyorlar ABŞ prezidenti Donald Tramp, onun qızı İvanka, Hillari Klinton və Facebook-un sahibi Mark Sukerberqi oynayıblar.

Klip naməlum bir şəxsin müşahidə kamerasından Ağalarovu aktyorlarla birlikdə gecə kllubunda əylənməsini müşahidə etməsi ilə bağlı görüntülərlə başlayır. Bütün çarx ərzində bu adamlar bir-birlərinə konvertlər və çamadanlar ötürürlər.

Klipin sonunda Ağalarov videoya baxan adama çamadan verir. Məlum olur ki , ordakı aktyor Şimali Koreya lideri Kim Çen Inı oynayırmış.