Загрузка...

Gürcüstanın tanınmış estrada müğənnisi İrakliy Nozadze Tbilisidə öz evi qarşısında bıçaqlanıb.

Oxu.Az “Rustavi-2” telekanalına istinadən xəbər verir ki, hadisə iyunun 25-də axşam saatlarında baş verib.

Artist xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat otağına göndərilib.

Qonşularının sözlərinə görə, Nozadzeni bir qadın yaralayıb. Hücumdan əvvəl rəfiqəsi ilə birgə müğənninin qaldığı mənzildən aşağı düşməsini tələb edib.

Şahidlər bildirib ki, müğənni onların maşınına minib və bir müddətdən sonra avtomobildən qana qəltan olmuş vəziyyətdə çıxıb.

Hüquq mühafizə orqanları baş verən insidentin hallarını və səbəbini araşdırır.