Загрузка...

İsveç sakinləri elmi fantastik romanlarda təsvir olunan uzaq gələcəyə qədəm qoyub. Ölkədə insanların kütləvi “çipləşdirilməsi”, yəni ödənişlər və identifikasiya üçün kiçik mikrosxemlərin ələ daxil edilməsi proseduru həyata keçirilir.

Oxu.Az xəbər verir ki, 3500-ə yaxın isveçli artıq bu prosedura könüllü olaraq qoşulub.

Dərialtı çip xüsusi tapançanın köməyi ilə böyük və işarə barmağının arasında olan sahəyə daxil edilir.

Cihaz eyni vaxtda bir neçə funksiyanı yerinə yetirir: elektron pul kisəsi, nəqliyyatda ödəniş kartı, ofis və ya mənzilə giriş üçün identifikasiyalı açar.

Texnologiya eyni zamanda dövlətin işinə yarıyır. Belə ki, çip quraşdırılan insanlar avtomatik olaraq xüsusi xidmət orqanlarının sisteminə düşür. Onların yerini istənilən vaxt müəyyən etmək olur.