Türkiyədə keçirilən prezident və Parlament seçkilərində yerli vaxtla saat 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatıb.
Musavat.com-un məlumatına görə, sandıqlar artıq açılıb, səslər sayılmağa başlanıb. Yayın yasağı aradan qaldırıldıqdan sonra ilkin nəticələr mətbuatda açıqlanacaq.
Xarici ölkədə yaşayan Türkiyə vətəndaşlarının səsləri Ankara Ticarət Palatası Konqresinə (ATO) gətirilib. Səslərin sayılacağı Ankara Ticarət Palatası Konqresində hazırda 8 minə yaxın görəvli var.
Qeyd edək ki, ölkə xaricində yaşayan Türkiyə vətəndaşları üçün 60 ölkədə 123 seçki təmsilçiliyi yaradılmışdı.
Türkiyədə isə seçicilərin səs verməsi üçün 180 min 65 sandıq qurulub.
***
Bülletenlərin artıq 18 faizi açılıb.
İlkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 59.32 faiz səs toplayıb. Muharrem İncə 26.35 faiz səs alıb.
Meral Akşener 7.74 faiz, Selahettin Demirtaş 5.46 faiz, Temel Karamollaoğlu 0.94 faiz, Doğu Perinçek 0.18 faiz səs qazanıb.
***
Anadolu Agentliyinin məlumatına görə, 29.27 faiz səslər sayılıb. Hazırki nəticəyə görə, Ərdoğan 58 faiz, Muharrem İnce 27.55 faiz, Meral Akşener 7.53 faiz, Demirtaş 5.82 faiz, Temel Karamollaoğlu 0.94 faiz, Doğu Perinçek 0.19 faiz səs toplayıb.
***
Son məlumata görə, 33.28 faiz sandıq artıq açılıb. Ərdoğan 57.48, İncə 27.99 faiz səs toplayıb. Digər namizədlər isə səs sayına görə xeyli geri qalır.
***
Səslərin 42 faizi sayılıb. Nəticəyə görə, Ərdoğan 57 faiz, İncə 28.3 faiz səs toplayıb.
***
Parlament seçkilərində də ilkin nəticələr açıqlanır. AKP və MHP-nin yer aldığı Cumhur İttifaqı 59.85 faiz səs qazanıb.
CHP, İYİ Partiya və Səadət Partiyasının yer aldığı Millət İttifaqı 29.58 faiz, HDP 8.89 faiz, bitərəf namizədlər isə 1.68 faiz səs toplayıb.
***
Sandıqların 54 faizi artıq açılıb. Ərdoğan 56.22 faiz, İncə 28.76 faiz səs toplayıb.
***
Səslərin 56 faizi sayılıb. Nəticəyə görə, Ərdoğan 55.93 faiz, İncə isə 28.93 faiz səs toplayıb.
***
Son məlumata görə, 70.54 faiz səslər sayılıb. Ərdoğan 55.02 faiz, İncə 29.45 faiz səs qazanıb.
***
Səslərin 81.37 faizi sayılıb. İndiyə qədərki nəticələrdə Ərdoğan 54.18 faiz səslə liderdir. CHP-nin namizədi İncə 29.96 faiz səs toplayıb.
***
Səslərin 90.58 faizi artıq sayılıb. İlkin nəticələrə görə, Ərdoğan 53.27 faiz, İncə isə 30.45 faiz səs toplayıb.
***
Səslərin 94.01 faizi sayılıb. İlkin nəticəyə görə, Ərdoğan 52.09 faiz, İncə 30.63 faiz səs toplayıb.
Parlament seçkilərində isə səslərin 93.34 faizi sayılıb. HDP 11.01 faizlə barajı aşıb. AKP və MHP-nin yer aldığı Cumhur İttifaqı 53.91 faiz səs qazanıb.
CHP, İYİ Partiya və Səadət Partiyasının yer aldığı Millət İttifaqı 33.99 faiz, bitərəf namizədlər isə 1.09 faiz səs toplayıb.
***
Son məlumatlara görə, səslərin 97.20 faizi sayılıb. İlkin nəticələrə əsasən, Ərdoğan 52.59 faiz, İncə 30.76 faiz səs toplayıb.
***
Türkiyədə keçirilən prezident seçkilərində səslərin 98.39 faizi sayılıb. İlkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 52.51 faiz səslə liderdir.
CHP-dən namizəd Muharrem İncə 30, 73 faiz, Demirtaş 8.31 faiz, Akşener 7.37 fazi, Temel Karamollaoğlu 0.89 faiz, Doğu Perinçek isə 0.02 faiz səs toplayıb.
Musavat.com