Türkiyədə keçirilən 24 iyun Parlament seçkilərinin indiyə qədərki nəticələrinə görə, AKP 298 millət vəkili ilə Türkiyə Böyük Millət Məclisində təmsil olunacaq.
Musavat.com-un məlumatına görə, CHP Parlamentdə 141 yer qazanıb. HDP isə barajı keçmiş sayılır. İlkin məlumata görə, HDP-nin 65 namizədi deputat seçilib.
MHP məclisdə 51 yer qazanıb. İYİ Partiya isə Parlamentdə 45 vəkillə təmsil olunacaq.
***
Son məlumatlara görə, Türkiyədə keçirilən Parlament seçkilərində səslərin 97.65 faizi sayılıb. Musavat.com xəbər verir ki, ilkin nəticələrə görə, partiyaların səs faizi belədir:
AKP 42.41 faiz
CHP 22.74 faiz
HDP 11.44 faiz
MHP 11.17 faiz
İYİ Partiya 10.07 faiz
Səadət Partiyası 1.35 faiz
Beləliklə İlkin nəticələrə əsasən, AKP 293, CHP 146, HDP 67, MHP 49, İYİ Partiya 45 millət vəkili ilə TBMM-də təmsil olunacaq.
Musavat.com