Загрузка...

“Papito” xiti ilə dünyanı fəth edən müğənni Seeya Azərbaycan filminə çəkilib.

BAKU.WS-in məlumatına görə, müğənni bu barədə özü sosial şəbəkədə paylaşım edib.

Dünyaca məşhur müğənni “Qaynana 2018” filmində rol alıb. Filmdə epizodik səhnələrin birini canlandıran rumıniyalı müğənninin aktrisalıq qabiliyyəti çoxlarının marağına səbəb olub.

Qeyd edək ki, “Qaynana 2018” filmində Flora Kərimova, Sefa Mirzehesenov, Elməddin Cəfərov, Riad Abdul, Sevinc Əliyeva, Gülşad Baxşıyeva , Azum Oqocukvo Joy və başqaları çəkiliblər.