“Mən Türkiyədə keçirilmiş seçkilərin nəticələrini qəbul edirəm”.
APA-nın “Türkiyə” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri seçkilərdən sonra bu gün ilk dəfə media qarşısına çıxan Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Məhərrəm İncə deyib.
O bildirib ki, arada 10 milyon səs fərqi var: “Biz bunu görməliyik. Bir yarışa girdiyində qarşındakını təbrik edə bilmirsənsə, yarışa girməməlisən. Bunları qəbul etmirəm deyib, küçələrə çıxmaq olmaz. Bu, demokratiyaya hörmətsizlik olar. Uduzmuşam deyə, Ərdoğana şər atacaq düşüncəyə sahib insan deyiləm”.
Qeyd edək ki, Türkiyədə ötən gün prezident və parlament seçkiləri keçirilib.
İndiyə kimi səslərin 99,5 faizi hesablanıb. Son nəticəyə görə, Rəcəb Tayyib Ərdoğan 52, 58 faiz, onun əsas rəqibi sayılan Məhərrəm İncə isə 30,64 faiz səs toplayıb.