Загрузка...

Xalq artisti Aygün Kazımova ilə müğənni Roza Zərgərli barışıb.

Axşam.az bildirir ki, bu haqda Roza “ATV maqazin onlarla” verilişində deyib. Sənətçi barışıq addımını Kazımovanın atdığını bildirib:

“Şok, şok, barışıq var. Aygün Kazımova addım atdı və “Maşın”da ona sual verdilər ki, qalib kimdir? Dedi ki, Roza Zərgərli. Artıq ət arada gəzdi, aranı vurdu. Yeganə xanımdır ki, mən ona pərəstiş etmişəm. Sevdiyim fiqurun hörmətini saxlamışam. Sadəcə, 2005-ci ildə və 2014-cü ildə araya girənlər oldu. İki güclü qadının bir arada olmasını istəməyənnlər var idi.
Mənim həssas nöqtəm övladlardı. Kazımovanın qızı İlqarəni yaxından tanıyıram, çox istəyirəm. Onun bir damcı göz yaşına, insanların pambıqla başını kəsərəm”.

Qeyd edək ki, R.Zərgərli A.Kazımovanın ünvanına “Aygün Kazımova klipində Snup Doqun qucağında oturub, o, pornoqrafiya deyil?” sözlərini demişdi. Xalq artisti isə ifaçının ünvanına “Şıntıramellalar” sözünü işlətmişdi.