ABŞ-ın Nebraska əyalətində yaşayan Kendra Jackson burnunun davamlı axmasından şikayətçi idi.
Medianews.az xəbər verir ki, artıq 5 il idi ki, qadının gecə- gündüz durmadan burnu axır və bu hal hətta, gecələr davamlı yuxudan ayılmasına səbəb olurdu. Müraciət etdiyi həkimlər isə, adətən, müayinə zamanı xüsusi diqqəti cəlb edəcək əlamətlər və test nəticələri əldə edə bilmir və soyuqdəymə, allergik rinit diaqnozu ilə kifayətlənirdi.
Nəhayət, neyrocərraha müraciət edən qadın müayinə edildi və sorğu zamanı 2013-cü ildə qəza keçirdiyi və burun axması şikayətinin bu hadisənin ardından başladığı aydın oldu. Bu faktdan yola çıxaraq müayinələr nəticəsində qadının beyin mayesinin burnundan axdığı təsbit edildi. Eşitdikləri qarşısında şok keçirən qadın dərhal əməliyyata alındı və problem aradan qaldırıldı. Artıq burnu axmayan Kendra özünü çox xoşbəxt və azad hiss edir.
Medianews.az