Загрузка...

Dünya Çempionatında İran və İspaniya yığmaları arasında baş tutan qarşılaşmada çəkilən bir foto böyük marağa səbəb olub.

BAKU.WS-in məlumatına görə, qarşılaşma qədər İran azarkeşləri də diqqət mərkəzinə düşüb. Xüsusilə, İranın xanım azarkeşlərinin görüntüləri dünya mətbuatında özünə yer tapıb.

Dinin sütunları üzərində qurulan İranda qadınların daha çox qapalı geyimlərdə görməyə öyrəşmişik. Ancaq bu dəfə İran qızları daha fərqli ampulada çempionata yollanıb. Xanım azarkeşlərdən birinin akkreditasiya vəsiqəsindəki şəkil diqqətdən qaçmayıb. Şəkildə hicabda olan xanımın göbəyi açıq geyimdə futbolu seyr etməsi sosial şəbəkələrdə xeyli marağa səbəb olub.

Sözügedən foto qısa zamanda bütün sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb.

İranlı qız çadrasını atıb, göbəyini açdı – Hər kəs bu fotodan danışır