Tatarıstanın Zainsk şəhərində mənzildə baş verən partlayışın görüntüləri yayılıb.
Oxu.Az “Ren TV” yə istinadən xəbər verir ki, hadisə bir nəfərin həyatına son qoyub, 10 nəfər yaralanıb. Yaralılardan üçü reanimasiyaya yerləşdirilib. Onların arasında yeddi yaşlı uşaq da var.
Partlayış Nikiforov küçəsində yerləşən yaşayış binasının beşinci mərtəbəsindəki mənzildə qaz sızması ilə əlaqədar baş verib.
Müstəntiqlər partlayışdan əvvəl fəhlənin evin damında havalandırma sisteminin təmizlənməsi ilə bağlı təmir işləri apardığını müəyyən edib. Hadisənin qurbanı məhz fəhlə olub.
İnsidentlə bağlı cinayət işi açılıb.