Загрузка...

Dünya çempionatının oyunlarını izləmək üçün Rusiyaya gədən iki argentinalı azarkeş kuryoz olayla üzləşib.

Qol.az-ın Vnnews.ru saytına istinadən yaydığı xəbərə görə, onlar komandalarının Xorvatiya ilə oyununun (0:3) keçirildiyi Nijni Novqorod şəhəri əvəzinə səhvən oradan təxminən 1000 km. aralıda yerləşən Velikiy Novqorod şəhərinə gediblər. Fanatlar bileti hansı şəhərə almalarına diqqətlə fikir verməyiblər və Argentinadan 13 min km. məsafə qət edərək Velikiy Novqoroda gediblər. Yalnız bu şəhərə çatıb ev kirayə etdikdən sonra səhvə yol verdiklərini başa düşüblər.

Əvvəlcə onlar səhvlərinə görə məyus olublar. Lakin sonradan həmin şəhərdə qalaraq günlərini xoş keçirmək qərarına gəliblər.

Qeyd edək ki, bu, azarkeşlərin mundialın gedişatı zamanı üzləşdikləri ilk bənzər hadisə deyil. Bundan öncə bir neçə isveçrəli fanat Rostov əvəzinə Rostov Velikiy şəhərinə gediblər.