Загрузка...

ABŞ hökuməti Yer planetinin asteroidlərdən qorunması ilə əlaqədar yeni tədbirlər planı hazırlayıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Fox News” məlumat yayıb.

NASA mütəxəssisləri digər Amerika agentliklərinin və qeyri-hökumət təşkilatlarının ekspertləri ilə birgə planetimizlə toqquşacağı təqdirdə qlobal fəlakətə səbəb ola biləcək böyük asteroidlərin 95 faizdən çoxunu müəyyən edib.

Ağ Evin elm və kosmik fəzanın öyrənilməsi idarəsinin nümayəndəsi Aaron Maylz əmin edir ki, aşkarlanan obyektlərdən heç biri yaxın yüz il ərzində Yer planeti ilə toqquşma riski daşımır.

Sadəcə NASA hər ehtimala qarşı belə ssenarilər üçün tədbirli olmağa üstünlük verir. Təşkilatın mütəxəsissləri bildirirlər ki, müvafiq strategiya və tədbirlər planının olması potensial təhlükəli asteroidlər üzə çıxan zaman effektiv reaksiya hazırlıq səviyyəsini əhəmiyyətli dərəcədə artırmış olacaq.