Загрузка...

“Bir-birimizə yaraşmamaq bizə yaraşmaz”.

Publika.az xəbər verir ki, bu sözləri instaqramda yeni sevgilisiylə şəklini paylaşan reper Elşad Xose yazıb. Bir neçə gün əvvəl gənc xanımla istirahət məkanlarının birində görüntülənən reper bununla da aşiq olduğunu rəsmən elan edib.

Xatırladaq ki, Oksana Rəsulova ilə Elşad Xose 2013-cü ildə ayrılıb, lakin onlar tez-tez barışmaları və küsmələri xəbələri ilə gündəmə gəlirdilər. Hətta Elşad Xose keçən il Oksananın dəvəti ilə “Mələyin öpüşü” filmində baş rola çəkilmişdi.

Qeyd edək ki, Elşad Xosedən fərqli olaraq, ana olmağa hazırlaşan Oksana Rəsulova dünyaya gələcək övladının atasının kimliyini gizli saxlayır.

 

Bu da Elşad Xosenin yeni sevgilisi - FOTO

Bu da Elşad Xosenin yeni sevgilisi - FOTO