Dünya çempionatının oyunlarını izləmək üçün Rusiyaya gədən iki argentinalı azarkeş kuryoz olayla üzləşib. Qol.az-ın Vnnews.ru saytına istinadən yaydığı xəbərə görə, onlar komandalarının Xorvatiya ilə oyununun (0:3) keçirildiyi Nijni Novqorod şəhəri əvəzinə səhvən oradan təxminən 1000 km. aralıda yerləşən Velikiy Novqorod şəhərinə gediblər. Fanatlar bileti hansı şəhərə almalarına diqqətlə fikir verməyiblər və Argentinadan 13 min km. […]

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 22-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 5,3 kiloqrama yaxın narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb, həmçinin […]

Azərbaycanda istirahət gününə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava gözlənilir. Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan […]

İyunun 21-də saat 23:15 radələrində 18 saylı marşrut xəttində insident baş verib. BAKU.WS “yenicag.az”a istinadən xəbər verir ki, metronun “20 Yanvar” stansiyası yaxınlığındakı dayanacaqda 99 JM 357 nömrəli “İsuzu Citiport” markalı avtobusa daxil olan 23-25 yaşlı gənc ödəniş etmədən avtobusa daxil olmaq istəyib. Sürücü kart vasitəsi ilə gediş haqqının ödənilməsini tələb etdikdə həmin şəxs polis […]

Qadının intim şəkillərini yayan şəxs kimdir?Yasamal Rayon Məhkəməsində qadını şantaj edərək pul tələb edən şəxsin məhkəməsi başlayıb. “Ölkə.az” xəbər verir ki, cinayət məcəlləsinin 182.1 maddəsi ilə təqsirləndirilən Bəşirov Elman Şahin oğlunun məhkəmə prosesinə hakim Ramin Qurbanov sədrlik edir. Cinayət işində zərərçəkmiş qismində Sultanova Rəna Rahib qızı tanınıb. Əvvəl sosial şəbəkədə tanış olub sonra isə şantaj […]

Yasamal rayon İcra Hakimiyyətinin iki şöbə müdiri və icra başçısının köməkçisi işdən çıxarılıb. Report xəbər verir ki, icra başçısı Əziz Əzizovun imzaladığı əmrə əsasən, Rayon təsərrüfatı şöbəsinin müdiri Şahin Məmmədov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nemət Əfəndiyev vəzifədən azad olunublar. Digər əmrlə Seyran Həsənov Rayon təsərrüfatı şöbəsinin müdiri, Elnurə Mansurova isə Sənədlərlə […]

Bu il İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb, Türkiyə, Gürcüstan, Rusiyaya gedənlərin sayı isə azalıb. Trend-in məlumatına görə, 2018-ci ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 1645,6 min nəfər olub. Ölkə vətəndaşlarının 30,7 faizi Gürcüstana, 28,5 faizi İrana, 21,7 faizi Rusiya Federasiyasına, 12,3 faizi […]

Rusiyanın məşhur telelayihəsi “Dom-2”-nin keçmiş iştirakçılarıdan biri olan Anastasiya Tarasyükün Moskvada meyiti tapılıb. Kult.az xəbər verir ki, bu barədə Rusiyanın “Beşinsi kanal”ı məlumat yayıb. Gənc qızın cansız bədəninin kirayədə yaşadığı “Qızıl açar” yaşayış kompleksinin yaxınlığında tapıldığı deyilib. Tarasyükün depresiyadan əziyyət çəkdiyi deyilirdi.

ABŞ alimləri böyrəklərin fəaliyyətinə mənfi təsir edən, böyrək xəstəliklərinin riskini artıran məhsulların siyahısını tərtib edib. Araşdırmalar göstərir ki, bu məhsulların çoxlu miqdarda istehlakı böyrəklərə ciddi ziyan vurur. Saglamolun.az bildirir ki, alimlərin fikrinə görə, böyrəklər üçün ən təhlükəli məhsul qəhvədir. Bu içki böyrəklərə düşən gərginliyi artırır ki, bu da onlarda pozulmaların inkişafına təkan verir. İkinci yerdə […]

“Bir-birimizə yaraşmamaq bizə yaraşmaz”. Publika.az xəbər verir ki, bu sözləri instaqramda yeni sevgilisiylə şəklini paylaşan reper Elşad Xose yazıb. Bir neçə gün əvvəl gənc xanımla istirahət məkanlarının birində görüntülənən reper bununla da aşiq olduğunu rəsmən elan edib. Xatırladaq ki, Oksana Rəsulova ilə Elşad Xose 2013-cü ildə ayrılıb, lakin onlar tez-tez barışmaları və küsmələri xəbələri ilə […]

Keçmiş “Dəyirman” qrupunun üzvü, reper Elmir Məhərrəmov bir neçə gün əvvəl ailəsi ilə birlikdə ABŞ-a köçüb. Publika.az xəbər verir ki, 2017-ci ilin may ayında “Greencard” qalibi olan reper Nyu-York şəhərində yaşamağa qərar verib. Hava limanından şəkillər paylaşan reper təəssüratlarını da qeyd edib: “İşığın izi ilə gedin, bu işıq sizin ürəyinizdədir”. Elmir Məhərrəmovu Amerikaya yola salanlar […]

Türkiyədə növbədən kənar parlament seçkilərinə sayılı saatlar qalıb. Oxu.Az “CNN Türk”ə istinadən xəbər verir ki, seçkilərə hazırlıqlar tam gücü ilə davam etdiyi bir vaxtda “Səadət” partiyasından olan deputatlığa namizəd öz kuryoz hərəkəti ilə sosial şəbəkələrdə böyük rezonans doğurub. Ordu vilayətindən millət vəkilliyinə namizəd Müəmmər Bilgiç çimərliyə gəlib və kostyumu ilə dənizə daxil olaraq çimən vətəndaşlardan […]

Kazan şəhərində kolumbiyalı futbol azarkeşləri sərxoş vəziyyətdə çayda batmaq təhlükəsi ilə üzləşmiş yerli sakini xilas edib. Oxu.Az xəbər verir ki, həddin artıq spirtli içki qəbul etmiş həmin şəxs birdən birə soyunaraq, Kazanka çayına baş vurub. Yaxınlıqdakı kafedə əyləşən kolumbiyalı turistlər əvvəl kişinin hansısa mübahisədə iştirak etdiyini zənn edib, ancaq sonradan onun müstəqil şəkildə sudan çıxa […]

ABŞ hökuməti Yer planetinin asteroidlərdən qorunması ilə əlaqədar yeni tədbirlər planı hazırlayıb. Oxu.Az xəbər verir ki, bu haqda “Fox News” məlumat yayıb. NASA mütəxəssisləri digər Amerika agentliklərinin və qeyri-hökumət təşkilatlarının ekspertləri ilə birgə planetimizlə toqquşacağı təqdirdə qlobal fəlakətə səbəb ola biləcək böyük asteroidlərin 95 faizdən çoxunu müəyyən edib. Ağ Evin elm və kosmik fəzanın öyrənilməsi […]

Yunanıstanın baş naziri Aleksis Tsipras ilk dəfə olaraq ictimaiyyət qarşısına qalstukda çıxıb. Oxu.Az bu haqda “RİA Novosti”yə istinadən xəbər verir. Buna qədər baş nazir prinsipial olaraq, hətta qeyri-rəsmi təbdirlərə belə qalstuk taxmırdı. Habelə Yunanıstanın dövlət borcu ilə bağlı probleminin həllini tapacağı təqdirdə qalstuk geyməyə başlayacağına söz vermişdi. “Gördüyünüz kimi bu gün qalstukdayam. Söz verdinsə gərək […]

89 yaşlı amerikalı musiqi meneceri, Maykl və Canet Ceksonların atası Co Cekson xəstəxanaya yerləşdirilib. Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Cekson xəstəxanaya xərçəngin son mərhələsi (mədəaltı vəzinin xərçənginin dördüncü mərhələsi) ilə yerləşdirilib. Qeyd olunur ki, bir müddət Cekson xəstəliklə mübarizə aparsa da, həkimlər xərçəngin sağalmaz olduğunu deyiblər.

Gürcüstan “Qırmızı planeti” milli şərabı ilə fəth etmək niyyətindədir. Oxu.Az “Ren TV”yə istinadən xəbər verir ki, bir qrup alim və ekspertlər Marsın mənimsənilməsi üzrə layihəyə qoşulub. Tbilisi Qırmızı planetin kolonizasiyasına öz töhfəsini özünəməxsus şəkildə verməyi planlaşdırır. Gürcülər Marsda üzüm tənəkləri yetişdirəcək. Artıq xüsusi şaquli istixana hazırlanıb. Onun sınaqları bu ilin sentyabr ayından etibarən aparılacaq. Marsda […]

İsrail hərbçiləri “Anadolu”nun müxbirini yaraladı - FOTO

İsrail ordusunun hərbçiləri Qəzza zolağında fələstinlilərin “Böyük qayıdış yürüşü” aksiyasını işıqlandıran “Anadolu” informasiya agentliyinin foto-müxbiri Əli Cadallahı yaralayıb. Oxu.Az xəbər verir ki, çəkiliş vaxtı zirehli gödəkçədə olmuş jurnalist sol əlindən güllə yarası alıb. Müxbirinin “Şəfa” xəstəxanasına yerləşdirildiyi bildirilir.  

Tatarıstanın Zainsk şəhərində mənzildə baş verən partlayışın görüntüləri yayılıb. Oxu.Az “Ren TV” yə istinadən xəbər verir ki, hadisə bir nəfərin həyatına son qoyub, 10 nəfər yaralanıb. Yaralılardan üçü reanimasiyaya yerləşdirilib. Onların arasında yeddi yaşlı uşaq da var. Partlayış Nikiforov küçəsində yerləşən yaşayış binasının beşinci mərtəbəsindəki mənzildə qaz sızması ilə əlaqədar baş verib. Müstəntiqlər partlayışdan əvvəl […]

Beş sahilyanı ölkənin hər biri 15 dəniz mili enində ərazi suları müəyyən etmək hüququna malik olacaq, bu ərazi siları konvensiyada müəyyən edilmiş çıxış xəttindən ölçüləcək.

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə şəhərin 42-ci məhəlləsində olub. Sumqayıt Su-kanal İdarəsində debitor üzrə nəzarətçi kimi fəaliyyət göstərən Adil Balayev iş başında olarkən bıçaqlanıb. Hadisəylə bağlı Sumqayıt Su-kanal İdarəsindən bildiriblər ki, ötən gün 16:00-16:05 radələrində, xidməti vəzifəsini yerinə yetirən Adil Balayev həmin məhəllədəki evlərdən birinin qapısını döyüb və abonentə 609 […]