Загрузка...

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqları müğənni Əlikram Bayramov və meyxanaçı Ələkbər Yasamallı olub.

Müğənni ilk olaraq musiqili meyxana oxuyanları qınayıb:

“Hamı keçir musiqili meyxanaya. Onda olacaq hamı Əlikram kimi müğənni. Bəs bizim bu meyxanamızın təməli nə olacaq? Belə getsə siz meyxananı məhv edəcəksiniz. Azərbaycan meyxanası, hansısa Əliağa Vahiddən qalma kötük yavaş-yavaş unudulacaq. Meyxananın hamısını mahnı kimi söyləmək olmaz ki!.. Mənim oxuduğum əsərləri bir dənə oğlan gəlib oxusa, mən adımı dəyişərəm. Azərbaycanda dörd dənə müğənni varsa, onun biri mənəm. Çıxaq oxuyaq, səsə də, janra da baxaq. Bu gün hərə bir yol oxuyur. Məcbursan ki, pul qazanmaq üçün o yola gələsən”.

Əlikram Bayramovun bu iradı meyxanaçını qıcıqlandırıb:

“Hamı Əlikram kimi müğənni olsa, heç nə… (gülür). O zaman siz niyə əvvəlki sənətkarlar kimi oxumursunuz? Bizim xalq artistimiz Faiq Ağayev, Röya xanım bizim mahnılarımızdan oxuyur. Bir də o biri yazarlara baxın. Qafiyə, söz yerində. Bundan başqa daha nə istəyirsiniz?..”

BAKU.WS