Загрузка...

Bakı-Qazax magistralının 398-ci kilometrliyində, Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində də yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, Keçili kənd sakini 25 yaşlı Tural Nağızadə Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarına aşırıb.

Hərəkət hissəsindən bir neçə metr aralıya yuvarlanan nəqliyyat vasitəsi tam yararsız hala düşüb.

Fakt araşdırılır.