Загрузка...

Futbol üzrə Dünya çempionatında iştirak edən İslandiya millisində seks qalmaqalı gündəmi zəbt edib.

Metbuat.az-ın məlumatına görə, millinin futbolçularına mundial ərzində cinsi əlaqəyə girmək qadağan edilib. İddialara görə, qadağa millinin baş məşqçisi Heymer Hallqrimsson tərəfindən tətbiq edilib. Lakin baş məşqçi iddiaları təkzib edib. Onun sözlərinə görə, seks qadağası yoxdur. Futbolçular həyat yoldaşları ilə birlikdə ola bilər. O bildirib ki, hazırda idmançıların həyat yoldaşları ərlərinin yanında olmadığı üçün belə iddia ortaya atlıb.

Qeyd edək ki, millinin bəzi üzvlərinin qızlarla görüşməsi barədə iddiaların ortaya çıxması məşqçilər korpusunu narahat edib. Bu üzdən məşqçilərin belə qadağa tətbiq etdiyi səslənən iddialar arasındadır.