Загрузка...

Hədəfimiz suriyalıları öz torpaqlarına göndərməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mitinqdə çıxışı zamanı deyib.

“Özümüz qərar verərik. Seçkilərdən dərhal sonra sərhədlərimizə yaxın yerlərdən başlayaraq Suriya torpaqlarını təhlükəsiz ərazilərə çevirəcəyik. Suriyalı miqrantları o torpaqlarda yerləşdirməyi planlaşdırırıq”, – deyə dövlət başçısı bildiirb.