Türkiyədə müğənni güllələnib.
BAKU.WS “Hurriyet” qəzetina istinadən xəbər verir ki, hadisə Muğla bölgəsində qeydə alınıb.
Atışma əyləncə mərkəzlərinin birinin qarşısında olub. Atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Güllələnərək öldürülənlərdən biri də müğənni Hacer Tülüdür.
Faktla bağlı araşdırma aparılır.