Загрузка...

Sumqayıt Dövlət Universitetinin (SDU) əsas binasının girişi uçub.

BAKU.WS xəbər verir ki, bu barədə SDU-nun mətbuat katibi Nazxanım Cəlilli “xeberle.com”a bildirib.

Onun verdiyi məlumata görə, hadisə 15:30 radələrində baş verib:

“Əslində kənarında çat əmələ gəldiyi üçün giriş bağlanılmışdı və tələbələrin oradan keçməməsi üçün nəzarət edilirdi. Hətta həmin girişin təmiri üçün müraciət də olunmuşdu. Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavan (козырёк) çöküb, yararsız vəziyyətə düşüb.

Öncə əmələ gələn çatları nəzərə alaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb. Qeyd edək ki, müvafiq strukturlara məlumat verilib.Tələbələr binaya daxil olmaq üçün digər girişlərdən istifadə edirlər. Aidiyyəti qurumlara müraciət edilib və məsələ tezliklə həll ediləcək”.

BAKU.WS