Загрузка...

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Ələddin Eyvazovun pambıq sahələrində çalışan işçilərin kimyəvi maddədən zəhərlənmənin baş verdiyi rayonlara səfəri başlayıb. Hazırda Ə.Eyvazov Tərtər rayonuna gedir.

Bu barədə Axar.az-a xidmətin yeni təyin edilmiş rəisi Ə.Eyvazov özü məlumat verib. O bildirib ki, hazırda yoldadır, Tərtərə gedir:

“Bir saatdan sonra Tərtərə çatacağıq. Vəziyyətlə yerində tanış olmaq üçün yola çıxmışıq. Ora çatıb, durumla tanış olub, müəyyən söhbətlər apardıqdan sonra bu barədə məlumat verə bilərəm”.

Pambıq sahələrində çalışan işçilərin kimyəvi maddədən zəhərlənməsinin təxribat olması iddialarını da cavablandıran Ə.Eyvazov bildirib ki, bu cür ehtimal mümkün deyil:

“Bu mənim cavablandıracağım sual deyil əslində. Ancaq belə bir ehtimal qətiyyən yoxdur. Təxribat ola bilməz. Vəziyyət araşdırılandan sonra səbəblər açıqlanacaq”.

Xatırladaq ki, xidmət rəisi Tərtərdən sonra İmişli və Saatlı rayonlarına da səfər edəcək.