Sosial mediada paylaşdığı videonun ardından Aleyna Tilkinin haqqında şaiyələr yayıldı. Əksəriyyət gənc müğənini narkotikin təsiri altında bu videonu paylaşdığını iddia etdi. Lakin müğənninin cavabı gecikmədi.
Medianews.az xəbər verir ki, Alanyada konsert verdikdən sonra İstanbula qayıdan Aleyna media qarşısında çıxış etdi və “Əhvalımın yaxşı olması və özümü xoşbəxt hiss etmək üçün narkotikə ehtiyacım yoxdur, buna möhtac olanlar düşünsün.”dedi.
Çıxış zamanı bir nüans da diqqət çəkirdi. Müğənninin yanında daima iki qoruma olur və hər şeyə maksimum nəzarət edir.
Haqqında danışılan videonu təqdim edirik.
Medianews.az