“Deutsche Welle” agentliyinin ispan bölməsinin reportyoru Culetta Teran canlı yayımda onu öpən rusiyalı azarkeşi cinsi təcavüzdə ittiham edib.
Oxu.Az xəbər verir ki, insidentin videosu “Twitter”də paylaşılıb.
Teleşirkət öz müxbirinin tərəfində dayanıb və fanatı ittiham edib.
Videodan görünür ki, reportaj zamanı fanat jurnalistə yaxınlaşır, onu yanağından öpür, “Rusiya – çempion!” deyə qışqırır və qaçır.
Rusiyalı istifadəçilər videoda qeyri-adi heç nə görünmədiyini bildiriblər.