Загрузка...

Ötən ilin sentyabrında qardaşı ilə birlikdə atasının qatilini öldürən şəxs Rusiyanın paytaxtı Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Virtualaz.org xəbər verir ki, bu barədə “Moskva” nəşri yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Verilən məlumata görə, 2017-ci il sentyabrın 18-də Xarkovda yerləşən yaşayış evlərinin birinin blokunda kişi meyiti aşkar edilib.

Faktla bağlı adam öldürmə və qanunsuz silah saxlama maddələri ilə cinayət işi başlanılıb.

Bildirilib ki, öldürülən şəxs 50 yaşlı Azərbaycan vətəndaşı olub: “Bu il iyunun 13-də polis əməkdaşları 31 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar. O, ötən ilin sentyabrında qardaşı ilə birlikdə “Makarov” tapançasından atəş açmaqla Xarkovda azərbaycanlını öldürməkdə ittiham olunub. Sonradan məlum olub ki, öldürülən şəxs 2000-ci ildə ittiham olunanların atalarını qətlə yetirib”.

Hazırda qətli törətməkdə şübhəli bilinən digər şəxsin axtarışları davam etdirilir.