Загрузка...

Şabran rayonunun Güləmli yaşayış massivində üç uşaq atası intihar edib.

“Report” xəbər verir ki, 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadığı evin yardımçı otağında özünü elektrik naqilindən asaraq öldürüb.

Məlumata görə, mərhum Cəmil Məmmədovla həyat yoldaşı arasında mübahisə baş verib. Mübahisədən sonra qadın övladlarından ikisini götürərək atası evinə – Quba rayonuna gedib. Bundan əsəbləşən C.Məmmədov intihar edib.

Ailənin üç oğlan övladı var.

İntiharın dəqiq səbəbləri Şabran Rayon Prokurorluğunda araşdırılır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.