Bu gün müğənni Tunar Rəhmanoğlunun toyudur.
Publika.az xəbər verir ki, toy Park Meridian restoranında keçirilir. Toyda müğənninin ailə üzvləri ilə yanaşı Xatirə İslam, Nazilə Səfərli, Zamiq Hüseynov, Ayaz Qasımov, Emil Bədəlov və başqa sənət adamları iştirak edib.
Qonaqlar toydan çəkilən fotoları sosial şəbəkələrdə paylaşaraq səbəbkarları təbrik ediblər.
Qeyd edək ki, bir çox hit bəstələrin müəllifi və ifaçı T.Rəhmanoğlu ixtisasca müəllimə olan Ülviyyə adlı xanımla ailə qurub.