Загрузка...

Rusiyadakı futbol üzrə dünya çempionatında günün son görüşü oynanılıb. APA-nın xəbərinə görə, A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verib.

Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması Salahın varlığında da qələbəyə həsrət qalıb. Ruslar 3:1 hesablı rahat qələbə qazanaraq 1/8 finala bir addım da yaxınlaşıblar. Bunun üçün isə sabah Uruqvayın Səudiyyə Ərəbistanına yenilməməsi bəs edəcək.

Dünya çempionatı

19 iyun

II tur

A qrupu

Rusiya – Misir – 3:1

Qol: Ahmet Fathi, 47 (avtoqol), Çerışev, 59, Zyuba, 62 – Salah, 72 (pen.)

Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilla (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, Şəhər stadionu