Загрузка...

Balakən rayonunda 18 yaşlı qadın üç yaşlı oğlu ilə birlikdə itkin düşüb.

Report.az-a istinadən bildirir ki, rayonun Hənifə kənd sakini, 1999-cu il təvəllüdlü Sevinc Ocaqverdiyeva 2015-ci il təvəllüdlü oğlu Ruslanla birlikdə evdən çıxıb və geri qayıtmayıb.

Onların axtarışları Balakən Rayon Polis şöbəsi tərəfindən davam etdirilir.