Загрузка...

Ötən gün Nizami rayonunda yerləşən 7 saylı doğum evində ölüm faktı qeydə alınıb.

BAKU.WS xəbər verir ki, 1987-ci il təvəllüdlü Sultanxanım Mütəllim qızı Mədətxanova doğuşdan sonra dünyasını dəyişib. Doğuş zamanı dünyaya gələn oğlan uşağı isə sağ qalıb.

Doğum evindən “ölkə.az”a verilən məlumata görə, ana dünən səhər doğuşa götürülüb, 4 kq çəkidə oğlan uşağı dünyaya gətirib, təxminən 3-4 saat sonra ilkin ehtimallara görə, ürəyindəki problemlə bağlı dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə göndərilib.

Qeyd edək ki, S. Mədətxanova bu doğuşa qədər dünyaya 2 övlad gətirib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırmalara başlanılıb. Ölüm faktı ilə bağlı ekspertiza təyin olunub, təxminən 20 gün sonra ölümün dəqiq səbəbi məlum olacaq.