Gürcüstan parlamenti bugünkü növbədənkənar iclasında yeni baş nazir Mamuka Baxtadze və hökumətə etimad göstərib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, əvvəlki hökumətdən fərqli olaraq yeni hökumətdə iqtisadiyyat və davamlı inkişaf, xarici işlər və maliyyə naziri dəyişib. Qonşu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Giorgi Çerkezişvili, xarici işlər naziri vəzifəsinə David Zalkaliani, maliyyə naziri vəzifəsinə isə […]

Reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva məhkəmədə qalib gəlib. Axşam.az-a açıqlama verən Anjelika bildirib ki, məhkəmə qərarına əsasən, reper övladlarına aliment ödəməlidir: “Anar artıq neçə ildən sonra övladlarıma aliment ödəyəcək. Uşaqlarımın haqqını tələb etdim və məhkəmədə qalib gəldim. Hər övladıma ayda 154 manat pul ödəniləcək. Bundan sonra daha bir iddia qaldıracam. Bu isə […]

Seren Serengil onun fotoşoplanmış şəkillərini paylaşanları biabır etdi. Medianews.az xəbər verir ki, ötən günlərdə mediada sellülitli şəkilləri paylaşılan Seren Serengil ” Bunlar yalan xəbər ünsiyyət saxlamadığım baldızımın oyunlarıdır. Həmin şəxs xəbəri paylaşan qəzetdə çalışır.” dedi və öz bədənini sosial mediada nömayiş etdirdi. Videoda qarnını, qollarını çəkib göstərən məşhur ” Mənim bədənimin hansı hissəsində sellülit var?!” […]

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəis müavini, general Ergin Sayğun Ağ Evdə onu aşağılamaq istəyən amerikalı mütəxəssislərə dərs verib. Teleqraf.com-un məlumatına görə, Baş Qərargahın ikinci adamı 2006-cı ildə ABŞ-a dəvət edilib. O, səfər zamanı Ağ Evdə ABŞ Milli Təhlükəsizlik Şurasının ikinci adamı Jak Kreyş ilə görüşəcəkmiş. Türk general Ağ Evə daxil olarkən hərbi salam […]

Əlahiddə Ümumqoşun Ordusunun bu günlərdə həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində ötən əsrin 90-cı illərindən Ermənistanın işğalı altına düşən 11 min hektar ərazi və mühüm strateji yüksəkliklər ordumuzun nəzarətinə keçib. “Nuhçıxan” xəbər verir ki, işğaldan azad edilən mühüm obyektlərdən biri Sovetlər Birliyi dönəmində Sədərək rayonunun Heydərabad qəsəbəsində fəaliyyət göstərən şərab zavodudur. Ordumuzun şəxsi heyəti həmin ərazini […]

Əlahiddə Ümumqoşun Orduda ərazidə kompüter dəstəkli olmaqla növbəti komanda-qərargah təlimi keçirilir. Bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, 2018-ci ilin hazırlıq planına uyğun olaraq, iyunun 18-dən başlayan komanda-qərargah təlimində qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, praktiki fəaliyyətə cəlb edilmiş bölmələr tərəfindən döyüş atışlarının icra edilməsi və qəbul edilmiş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində […]

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi respublikanın şəhər və rayonlarında, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir. Nazirlikdən […]

Lerik rayonunda məktəblinin zorlanması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunmayıb. Bunu Oxu.Az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib. Onun sözlərinə görə, məktəblinin zorlanması ilə bağlı yayılan məlumatlar əsassızdır: “İddia olunan faktla bağlı DİN-in Lerik rayon Polis Şöbəsinə və digər aidiyyəti sutrukturlara heç bir bir müraciət daxil olmayıb”. Orxan Mansurzadə qeyd edib […]

Türkiyə Silahlı Qüvvələrinin 100 nəfərədək hərbi qulluqçusu Azərbaycana səfərə gəlib. Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib. Onlar Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak edəcəklər. BAKU.WS

Balakən rayonunda 18 yaşlı qadın üç yaşlı oğlu ilə birlikdə itkin düşüb. Report.az-a istinadən bildirir ki, rayonun Hənifə kənd sakini, 1999-cu il təvəllüdlü Sevinc Ocaqverdiyeva 2015-ci il təvəllüdlü oğlu Ruslanla birlikdə evdən çıxıb və geri qayıtmayıb. Onların axtarışları Balakən Rayon Polis şöbəsi tərəfindən davam etdirilir.

Bakıda yol qəzası baş verib. Trend- xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Bakı-Ələt Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, Qaradağ postu yaxınlığında Ələt istiqamətindən Bakıya doğru hərəkət edən, ” Qaradağsement” ASC-yə məxsus betonqarışdıran maşın idarəetməni itirərək aşıb. Hadisə nəticəsində Ələt istiqamətindən Bakıya giriş bağlanıb. Hadisə yerinə dövlət yol polisi əməkdaşları […]

“Kurtlar Vadisi” serialının əfsanəvi qəhrəmanı “Polat Alemdar”ı canlandıran aktyor Necati Şaşmazın oğlu ilə fotoları yayılıb. Oxu.Az xəbər verir ki, aktyor böyük oğlu Ali Nadirlə həyat yoldaşı Nagehan Şaşmazın restoranında görüntülənib. Ali ilə birlikdə gəmi düzəltməyə çalışan Necatinin fotoları onu sevənlər tərəfindən müsbət dəyərləndirilsə də, aktyorun sürətlə qocalması onları narahat edib. 47 yaşlı Necatinin saçları tamamilə ağarıb.

Rusiya həbsxanalarından birində azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun doğum gününün qeyd edilməsinə dair görüntülər ortaya çıxıb. Yenicag.az xəbər verir ki, mərasimə onlarla məhbus toplaşıb. Onlardan biri “Lotu Quli”yə “kollektiv” adından təbrik mətnini oxuyub. Yığıncaqda içərisində doğranmış meyvələr olan qablar və içkilər diqqət çəkib. Məhbuslar 45 yaşlı Səlifovun şəninə badə qaldıraraq onu təbrik ediblər.

Braziliyalı model Ana Braqanın Los-Anceseldə çəkilən fotoları səs-küyə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, onun sinəsini Braziliya bayrağı ilə örtməsi xüsusi müzakirə mövzusuna çevrilib. Model isə bununla Rusiyada keçirilən dünya çempionatında ölkəsinə dəstəyini bildirib.

İyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı başlanan cinayətdə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı Nəciməddin Mikayıl oğlu Əliyevin həbs olunması ilə bağlı jurnalistin sualını cavablandıran zaman general Ərziman Əliyev tərəfindən əməkdaşımızın ağır söyüşlərlə […]

Aktrisa Sevinc Əlişovanın sirr kimi saxlanılan gələcək həyat yoldaşının fotosu yayılıb. BAKU.WS xəbər verir ki, altı il əvvəl rejissor Fuad Əlişovdan ayrılan üç uşaq anası ikinci dəfə ağ gəlinlik geyinib. Boşandıqdan sonrakı müsahibələrində bir daha evlilik barədə düşünmədiyini deyən Sevinc “ATV maqazin 10larla”ya açıqlamasında özü də bu evliliyin gözlənilmədən olduğunu etiraf etmişdi. Sevincin nişanlısı, 24 […]

Zinəddin Zidanın azərbaycanlı oxşarı futbol həvəskarlarının diqqətini cəlb edib. Məlumata görə, əslən Kürdəmir rayon sakini olan İlyas adlı şəxsin Rusiyada keçirilən Dünya Çempionatını izləməyə getdiyi öz əksini tapıb. Dünyanın məşhur futbol mütəxəssisi Zidana oxşarlığı ilə bilinən həmvətənimizlə şəkil çəkdirmək üçün insanlar sıraya düzülüblər. azxeber.com

Şairə Nazilə Səfərlinin qardaşı arvadı Pərvanənin Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə çıxaraq ailəsi barədə qalmaqallı açıqlama verməsi ilə bağlı məlumat vermişdik. Medianews.az Unikal.org-a istinadən xəbər verir ki, bu dəfə isə Nazilə Səfərlinin qardaşı arvadı Pərvanə özünün İnstaqram hesabından video paylaşaraq intihar edəcəyini bildirib. Pərvanə Nazilə Səfərlinin onun yaşamasına mane olduğunu, ondan əl çəkməsini istəyib: “Nazilə, […]

Xəbər verdiyimiz kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm vəzifəsindən azad olunub. APA-nın əldə etdiyi məlumatına görə, E. Miraləm öz xahişi ilə işindən ayrılıb. Musavat.com xəbər verir ki, Elşad Miraləm bu münasibətlə özünün Facebookdakı səhifəsində xüsusi foto və status paylaşıb. Hesab edirik ki, bu aksiyanın xəbər şəklində oxucuya […]

Bu gün səhər saatlarında Bakıda baş vermiş dəhşətli yol qəzasında yaralanan sürücü də vəfat edib. Medianews.az xəbər verir ki, Xəzər rayonu ərazisində – Pirallahı yolunda sürətlə işıq dirəyinə çırpılan avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, “VAZ 2106” markalı minik avtomobilinin qəzaya düşməsi […]

Ağsu rayonunda dəhşətli cinayət hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, Qaraqaşlı kənd sakini, 1988-ci il təvəllüdlü Namiq Həsənov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını bıçaqlayıb. Şəbnəm Həsənli təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır. Həkimlərin səyi nəticəsində […]

“5/5″də aparıcı Zaur Kamalın studiyaya dəvət etdiyi qonağı ilə zarafatı xoşagəlməz ifadələrin səslənməsinə səbəb olub. Minval.info xəbər verir ki, studiyaya dəvət edilən aktrisa Nəzakət Məmmədova canlı yayımda yolu tapa bilməyib. Bu zaman Zaur onunla zarafat etmək qərarına gəlib. Aktrisa aparıcının atmacalarını cavabsız qoymayıb və efirdə qeyri-etik kəlmələr işlədib. Sözügedən olayın videosunu təqdim edirik:

Azərbaycanın Tərtər rayonunda tükürpədici hadisə baş verib. Medianews.az BakuPost-a istinadən verdiyi xəbərinə görə, rayonun Evoğlu kəndinin sakini Şirinov Elnur Feyruz oğlu 14 yaşlı qızını zorlayıb, nəticədə azyaşlı qız hamilə qalıb. 14 yaşlı qızın hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətdəcə basdırılıb. Bu barədə saytımıza məlumat verən mənbə iddia edir ki, adıçəkilən […]

“Naxçıvanda çox uğurlu əməliyyat keçirilib”. APA-nın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənovdeyib. O qeyd edib ki, neytral torpaq anlayışı yoxdur: “Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.

Instagram-da azərbaycanlı gənclərin rəqsi böyük səs-küyə səbəb olub. BAKU.WS-in məlumatına görə, Jalə və Sərxan adlı gənclər Heydər Əliyev Mərkəzi yaxınlığında çəkdikləri video ilə diqqət mərkəzinə düşüblər. Cütlük fərqli tərzdə rəqsləri ilə qısa zamanda minlərlə insanın rəğbətini qazanıb. Sosial şəbəkələrdə sürətlə yayılan videonu təqdim edirik:

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızı zorla avtomobilə mindirərək Yevlax rayonuna qaçıran şəxslər tutulub. APA TV-nin yerli bürosunun xəbərinə görə, iyunun 12-də rayonun Korarx kənd sakini, 1986-cı il təvəllüdlü Xəlilov Rövşən Marif oğlu qonşusu olan qızı, Korarx kənd orta məktəbinin 11-ci sinif şagirdi A.C.-ni qaçırıb. Rövşən Xəlilov orta məktəbdən evə qayıdan 17 yaşlı qızı küçədə […]

May ayının 27-də Biləsuvar rayonunun Ağalıkənd kəndində məktəbli qız özünə qəsd edib. 16 yaşlı Səkinə Məmmədova nişanlısının ona xəyanət etməsini əsas gətirərək həyətlərinin tövləsində özünü asıb. Hadisə geniş müzakirələrə səbəb olub. BAKU.WS xəbər verir ki, Ağalıkənd kəndinin bələdiyyəsindən Ülfət Bağırovun “publika.az”a verdiyi məlumata görə, Səkinə Məmmədova 7-8 ay bundan öncə nişanlanıb: “Bizdə də hadisə ilə […]

Son günlər adı müştərilərinin dodaqlarını yandırmaqda hallanan kosmetoloq Elnarə Rzayevanın mərkəzi bağlanıb. Medianews.az criminal.az-a istinadən xəbər verir ki, zərərçəkmişlərin vəkili Toğrul Allahyarov bildirib ki, mərkəzin bağlanmasından dünən xəbər tutub. T.Allahyarovun sözlərinə görə, həmin mərkəz Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi 4 ünvanında yerləşirdi. Vəkil bildirib ki, bu gün həmin mərkəzin reklam lövhəsinin götürüldüyünün və qeyri-yaşayış sahəsinin […]

Dünəndən sosial şəbəkələrdə Lerikdə 7-ci sinif şagirdinin zorlandığı barədə məlumat yayılıb. “Tolışi Sədo” qəzetinin baş redaktoru Rafiq Cəlilovun sözlərinə görə, “Azərişıq”ın Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədovun qardaşı oğlu Elnur Məmmədov Lerikdə məktəbli bir qızı zorlayıb və bunu telefonuna çəkib. R. Cəlilov qızın 4 aylıq hamilə olduğunu qeyd edib. Məsələylə bağlı “qafqazinfo”ya danışan “Azərişıq”ın Lənkəran regional […]

Ötən gün Nizami rayonunda yerləşən 7 saylı doğum evində ölüm faktı qeydə alınıb. BAKU.WS xəbər verir ki, 1987-ci il təvəllüdlü Sultanxanım Mütəllim qızı Mədətxanova doğuşdan sonra dünyasını dəyişib. Doğuş zamanı dünyaya gələn oğlan uşağı isə sağ qalıb. Doğum evindən “ölkə.az”a verilən məlumata görə, ana dünən səhər doğuşa götürülüb, 4 kq çəkidə oğlan uşağı dünyaya gətirib, […]

“Düşmən bizə qarşı çox güclü informasiya mübarizəsi aparır. Lakin onlar bunda da bizə uduzurlar”. APA-nın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənovdeyib. “Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Hamınız gördünüz ki, Ali Baş Komandan, cənab İlham ƏliyevErmənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi, Sarkisyan hakimiyyətini bitirdi. Bu gün […]

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi və şimal küləyi əsəcəyi gözlənilir. Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində sabah şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal […]

Xərçəng xəstəliyinə qalib gələn aparıcı Zümrüd Qasımova “Stop” verilişinə maraqlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, aparıcı bildirib ki, rəfiqəsi onu ən çətin günündə yalnız qoyub: “Anama dedim ki, heç bir qohuma xəstəliyimi demə, olmaz. Həkimə getməyə yol pulum belə yox idi. Bir rəfiqəmə zəng etdim ki, məni apar həkimə. Dedi, benzinim də, pulum da yoxdur. […]

“Hər bir ölkənin çempionu hörmətə layiqdi. Rəqibin gücündən asılı olmayaraq, sona qədər mübarizə aparacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Olimpiya”nın baş məşqçisi İliya Stolitsa deyib. O, yerli mətbuata açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Cəmi 10 gün əvvəl Lyublyana klubunun postuna gətirilən 40 yaşlı mütəxəssis “Qarabağ”ı tərifləyib. O, Azərbaycan çempionunu arzulamadıqlarını etiraf edib: […]

Dəb – bir çox yenilikləri ilə qarşımıza çıxan, lakin çox vaxt təkrarlanan və keçmişə dönüş edəndir.   Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu yay saç modellərində də eyni vəziyyət olacaq.   Belə ki, hər yerdə 90-cı illərin saç modelləri bu il hər yerdə qarşımıza çıxacaq.  

Həftənin 5 günü işə gedən xanımlar baxımlı görünmək üçün daim makiyajdan istifadə edirlər. Bu isə üz dərisini yorur. Bunun üçün bazar günü 1 saatınızı ayırıb, dəriniz üçün xeyirli maskalar hazırlayın və yenidən həftənin ilk iş günü işə təravətli gedin. Axşam.az xarici KİV-ə istinadən sizi gözəl göstərəcək 5 əsas üsulu təqdim edir: 1. Kartoflu cəfəri maskası; […]

Bu gün müğənni Tunar Rəhmanoğlunun toyudur. Publika.az xəbər verir ki, toy Park Meridian restoranında keçirilir. Toyda müğənninin ailə üzvləri ilə yanaşı Xatirə İslam, Nazilə Səfərli, Zamiq Hüseynov, Ayaz Qasımov, Emil Bədəlov və başqa sənət adamları iştirak edib. Qonaqlar toydan çəkilən fotoları sosial şəbəkələrdə paylaşaraq səbəbkarları təbrik ediblər. Qeyd edək ki, bir çox hit bəstələrin müəllifi […]

Diplomat olmaq uşaqlıq, liseydə oxuduğum illərin xəyalı idi. Çünki həmin vaxtlar erməni ASALA terror təşkilatının bir sıra türk diplomatını, diplomatlarımızı qətlə yetirdiyi zamanlar idi. Ona görə diplomat olmaq qərarını verdim və oldum da. Oxu.Az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 iyun seçkilərindən sonra AKP-nin növbəti dəfə qalib gələcəyi təqdirdə, yenidən bu […]

İsrailin müdafiə naziri Aviqdor Liberman son anda Bakıya səfərini ləğv edib. Burada o, Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyinə həsr olunmuş hərbi paradda iştirak etməli idi. Hərbi parad iyunun 26-da baş tutacaq və dəvət olunmuş xarici qonaqların sayına görə rekordçu adı qazanmalıdır. Azərbaycan hökuməti tərəfindən dəvət olunan fəxri qonaqlar arasında İsrailin müdafiə naziri də vardı. Virtualaz.org-a […]

Rusiyadakı futbol üzrə dünya çempionatında günün son görüşü oynanılıb. APA-nın xəbərinə görə, A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verib. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması Salahın varlığında da qələbəyə həsrət qalıb. Ruslar 3:1 hesablı rahat qələbə qazanaraq 1/8 finala bir addım da yaxınlaşıblar. Bunun üçün isə […]

London metropoliteninin “Southgate” stansiyasında partlayış baş verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə London polisinin “Tvitter” səhifəsində bildirilir. Polisin məlumatına görə, hazırda partlayışın səbəbləri müəyyənləşdirilir.