Загрузка...

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ prezidenti Donald Trampı aktyor Robert de Nironu cəzalandırmağa çağırıb.

Axar.az xəbər verir ki, Jirinovski bu barədə Tvitter hesabında yazıb. Rusiyalı siyasətçinin fikrincə, Robert de Nironun dövlət başçısının ünvanına səsləndirdiyi fikirlər qəbuledilməzdir.

“Aktyor Robert de Nironu kobudluğuna görə cəzalandırın. Ulduz olması ona belə hərəkətlər etməyə əsas vermir”, – Jirinovski bildirib.

Qeyd edək ki, məşhur aktyor Robert de Niro ABŞ prezidenti Donald Trampın qəti əleyhdarıdır. Aktyor dəfələrlə Trampa qarşı sərt çıxışlar etməklə gündəmə gəlib.