Ukraynanın işğal edilmiş ərazilər üzrə müvəqqəti işlər nazirinin müşaviri Aleksandr Levçenko Kiyevin B planını açıqlayıb.
Publika.az “Apostrof” nəşrinə istinadən xəbər verir ki, Levçenko B planının Krıma aid olduğunu bildirib.
“Əgər Rusiya Donetskin qaytarılması ilə bağlı sülh planın qarşısını alacaqsa, onda biz B planını dövriyyəyə salacağıq. Bu plan Krıma keçidlə bağlıdır. Çünki Krım əvvəl işğal olunub, ardınca Donetsk və digər ərazilər. Krıma keçməyimiz Rusiya üçün vəziyyəti mürəkkəbləşdirəcək”, – deyə o bildirib.