Загрузка...

Ermənistanın Ararat vilayətində Müdafiə Nazirliyinə məxsus “Ural” markalı hərbi avtomobil aşıb.

Erməni mətbuatının verdiyi məlumata görə, qəza nəticəsində 5 hərbçi xəsarət alıb.

Xəsarət alanlar Ermənistan Müdafiə Nazirliyinin mərkəzi kliniki hospitalına yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.