Загрузка...

ABŞ potensial rəqiblərin qitələrarası ballistik raketlərindən lazımı müdafiəyə malik deyil.

Publika.az “The National Interest” nəşrinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Nazirliyinin Strateji komandanlığının başçısı general Con Hayten bildirib.

Haytenin fikrincə, ABŞ Rusiya və Çin raketləri ilə mübarizə sistemini bu raketlər işə salınana kimi hazırlamalıdır.

O qeyd edib ki, potensial rəqiblər ABŞ-ın raket əleyhinə mövcud müdafiə sisteminin xüsusiyyətlərini nəzərə alaraq, silahların yaradılmasında əhəmiyyətli dərəcədə müvəffəqiyyət qazanıblar.

Generalın sözlərinə görə, müasir raketlərin təhlükəsi o qədər böyükdür ki, artıq onların ələ keçirməsi üzrə aktiv cəhdləri kifayət etmir.