Загрузка...

İndoneziyada göyərtəsində 80 nəfərin olduğu gəmi batıb.

“Report” “İnterfax.ru”ya istinadən xəbər verir ki, hadisə Toba gölündə baş verib.

Hadisə nəticəsində azı 1 nəfər ölüb. Bildirilir ki, 18 nəfərin həyatını xilas etmək mümkün olub. Digər sərnişinlərin aqibəti məlum deyil.

Hazırda xilasetmə işləri davam etdirilir.