Загрузка...

 

Astarada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub bürosu xəbər verir ki, hadisə Ərçivan qəsəbəsi ərazisində baş verib

İran İslam Respublikası vətəndaşına məxsus, meyvə daşıyan yük maşını aşıb. Nəticədə sürücü xəsarət alıb.

Hadisəyə nəqliyyat vasitəsində yaranan texniki nasazlıq səbəb olub.

Qəza ilə əlaqədar Ələt-Astara magistralının Ərçivan qəsəbəsi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti dayanıb. Tıxacın aradan qaldırılması üçün alternativ yollardan istifadə olunur.

Faktla bağlı araşdırma aparılır.