Bu gün DÇ-2018-in qrup mərhələsinin 1-ci turunun 2-ci oyunu başa çatıb.
Musavat.com xəbər verir ki, Almaniya millisi Meksika ilə qarşılaşmada məğlub olub.
Meksika komandası oyunun 34-cü dəqiqəsində hesabı açıb. Oyun bu hesabla Meksika komandasının xeyrinə başa çatıb. Qolun müəllifi İrvinq Losano olub. Almaniya-Meksika matçı Moskva, “Lujniki” stadionunda baş tutub. Son dünya çempionunun sensasiyalı şəkildə məğlub olması azarkeşləri də məyus edib.
Qeyd edək ki, bu oyundan əvvəl Kosta-Rika ilə Serbiya milliləri üz-üzə gəlib. Görüş serblərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün son oyununda isə Braziliya İsveçrəni sınağa çəkəcək. Komandalar saat 22:00-da qarşılaşacaqlar.
Musavat.com