Загрузка...

ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş rəhbəri Pol Manafort nəzarətə alınıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.

Xüsusi prokuror Robert Muller onu yalan ifadə verməklə ittiham etdikdən sonra ABŞ-ın federal hakimi belə bir qərar qəbul edib.

Məhkəmənin qərarına görə, həbs edilmiş şəxs girov altında azad oluna bilməz.

Pol Manafort ədalətə qarşı çıxmaqda və rəsmi istintaq çərçivəsində şahidlik etmək və ifadə vermək üçün iki şəxsə rüşvət verməkdə ittiham olunur. İstintaq həmçinin əmlakının müsadirə edilməsini tələb edib.